Mikayıl İsmayılov satınalmalar və tikinti üzrə müvafiq komissiyanın rəhbərliyindən çıxarılıb - SOCAR-da gözlənilməz dəyişikliklər
10-01-2019 [09:21]
Azərbaycanın Dövlət Neft Şirkətində (SOCAR) aparılan yoxlamaların nəticəsi olaraq şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun bəzi səlahiyyətləri əlindən alınıb.
Strateq.az-ın xəbərinə görə, bu barədə özünün “Facebook” profilində tanınmış iqtisadçı ekspert Qulu İbrahimli məlumat yayıb.
Q.İbrahimli bununla əlaqədar aşağıdakı fikirləri qələmə alıb:
“Şirkətdə Rövnəq Abdullayevdən də səlahiyyətli şəxs olmuş, kollektivin “Boss” saydığı, bütün maliyyə məsələlərinə baxan vitse-prezident Mikayıl İsmayılov işlərdən faktiki kənarlaşdırılıb, çox mühüm mövqe olan satınalmalar və tikinti üzrə müvafiq komissiyanın rəhbərliyindən çıxarılıb, təchizat işləri yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifova həvalə edilib. Mikayıl İsmayılov yeganə vitse-prezidentdir ki, vəzifəsinin qarşısında hansı sahə üzrə olması göstərilmirdi. Bu əndrəbadilik də öz növbəsində hesabatlılıqdan, şəffaflıqdan, beynəlxalq brenddən dəm vuran şirkətdə korporativ idarəetmənin hansı vəziyyətdə olduğunu göstərir”.
Qulu İbrahimli qeyd edib ki, SOCAR-da vergi yoxlaması aparılması formal görüntüdür: “Əslində həqiqi və ciddi araşdırmanı başqa qurumlar aparır. Rövnəq Abdullayevin yaxın adamı, əvvəl rəhbəri olduğu neft emalı zavodundan yanına gətirdiyi emal üzrə vitse-prezident David Məmmədovun da bəzi səlahiyyətləri əlindən alınıb. Rövnəq Abdullayevin yaxın qohumu, təchizat işlərinə baxan, İstanbulun az qala yarısını almış Mehman adlı şəxs barədə ciddi araşdırmalar aparılır”.
Məlumatlı mənbələrdən Virtualaz.org-a isə məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.
Məlumatlı mənbələr virtualaz.org-a bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.
Ancaq əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M. İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.
İsmail Kartal "Antalyaspor"un təklifini qəbul etməyib
AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə və...
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Türkiyə seçicilərinin Ərdoğana güvəni artıb - Sorğu
Prezident İlham Əliyevlə Putin təkbətək görüşüb - Düşənbədə çıxışlar (VİDEO, FOTOLAR) - Yenilənib
Ərdoğan Neçirvan Bərzanini qəbul edib
Hakan Fidan Bərzani ilə müzakirə aparıb
Astarada əməliyyat - 48 yaşlı şəxs 55 kq narkotiklə tutulub
Putin Əliyevlə görüşdə: "Biz bunu heç vaxt unutmuruq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
Güclü külək olacaq - Xəbərdarlıq
Kamran Əliyev 5 ölkədən olan hmkarları ilə görüşüb
Dünya Kuboku: bu gecə oyunlar başlayır - TƏQVİM
AFFA klub və futbolçuları cəzalandırıb
Bolqarıstan - Türkiyə matçının hakimi bəlli oldu
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."
Nazirlikdə qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bərdənin təhsil sektoruna müdir təyinatı olub - FOTO
"Azərikart"ın lisenziyası məhdudlaşdırıldı - Mərkəzi Bankdan qərar
Əli Əsədov qərar imzalayıb
"Azəriqaz" 270 min vətəndaşa xidmət göstərib
"Xəbər məni hədsiz kədərləndirdi" - Zakir Həsənov
Sabah hava necə olacaq? - Proqnoz
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb
Partiya sədrindən icra başçısına mesaj: "Onsuz da topladıqların bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”
Ağdərənin Vəngli kəndinə daha 28 ailə köçürüldü
Prezident İlham Əliyev Tacikistanda - FOTOLAR
Emre Belözoğlu istefa verdi
"Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir"
Aİ rəsmisi: "Bu, mühüm diplomatik uğur və..."
Kreml sözçüsü: "Bu gün Putin və Əliyev görüşəcək, inanırıq ki..."
Xocavənddə MON-50 tipli mina aşkar edilib - FOTOLAR