Maliyyə Nazirliyi BŞİH-nin birliyini yoxlayır - Prokurorluq rəsmisi açıqladı

img

15-01-2019 [11:15]


"Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin qurumda Maliyyə Nazirliyi də yoxlamalar aparır: "Biz buna ehtiyac hiss etdik. Hazırda araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Q.Şükürov ötən ilin oktyabrında vəzifəsindən azad edilib. Barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA