Əli İnsanovun partiyasının adı bəlli oldu - AÇIQLAMA

img

14-12-2013 [18:22]


Azərbaycanda yeni partiya yaradılır. Keçmiş spiker Rəsul Quliyev, sabiq deputat Hüseyn Abdullayev və keçmiş nazir Əli İnsanov tərəfindən yaradılan partiyanın fəaliyyətinin əsas xətlərindən biri də mühacirətdə olan Rəsul Quliyev və Hüseyn Abdullayevin, eləcə də, həbsdə olan Əli İnsanovun hüquqlarının müdafiəsi olacaq. 


Xəbəri  Haqqın.az-a Rəsul Quliyevin nümayəndəsi Ağasif Şakiroğlu verib.

Yaxın vaxtlarda elan ediləcəyi gözlənilən partiyanın adı "Yeni nəfəs” olacaq.

"Biz 2015-ci il parlament seçkilərində iştirak etməyi və əhəmiyyətli uğur qazanmağı planlaşdırırıq”, - Ağasif Şakiroğlu bildirib. Onun sözlərinə görə, hazırda Rəsul Quliyevlə təşkilati məsələlərlə bağlı məsləhətləşmələr aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA