Elçibəyin oğlu: “Atamın yadigarlarını Arxiv İdarəsinə təhvil verəcəyik”

img

13-12-2013 [12:09]


"Əbülfəz Elçibəylə bağlı çox vacib və mühüm sənədlər hələ də Dövlət Arxivinə verilməyib”. Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezidentin oğlu Ərturqut  Əliyev deyib. 

"Atama məxsus sənədlərinin hamısını hələ tam toplamamışıq. Yalnız müəyyən hissə cəm edilib. Təbii ki, həmin sənədlərin hamısını bir araya gətirmək və qorumaq fikrimiz var. Hamısını bir yerə yığandan sonra dövlət arxivinə verəcəyik”.

Qeyd edək ki, hələ ötən il Milli Arxiv İdarəsi Ə.Elçibəy ailəsinə müraciət edərək, eks-prezidentə məxsus sənəd və əşyaların mühafizəsi ilə bağlı müraciət etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA