Hadı Rəcəblidən müxalifətə xəbərdarlıq: "Hər bir müxalifətçi Azərbaycan xalqının əleyhinə çıxan adamdır"

img

12-12-2013 [14:27]


"Azərbaycanda sabitliyi pozmağa cəhd edən hər bir insan, hər bir müxalifətçi Azərbaycan xalqının əleyhinə çıxan adamdır. Bu gün mitinqlərlə, kütlə psixologiyası ilə, hissə qapılmaqla məsələləri həll etmək olmaz. Bir az təmkinli, ötkəm olmaq lazımdır".

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda bir sıra müxalif qüvvələrin dekabrın 15-də keçirməyi planlaşdırdıqları mitinqə münasibət bildirərkən deyib. Komitə sədri qeyd edib ki, Azərbaycan mütəmadi, ardıcıl sabit inkişaf edən ölkədir. Azərbaycan bu gün o ölkələrdən biridir ki, kataklizmlərdən uzaqdır, kəskin addımlar atmır: "Biz həmişə Yunanıstanı misal çəkirik. Yunanıstanda əməkhaqlarının artırılması, pensiya yaşının azaldılması, iş yerlərinin çoxaldılması kimi süni şəkildə atılmış bu populist addımlar bu gün Yunanıstan dövlətini çökdürüb. Bu baxımdan biz bilməliyik ki, Azərbaycanda atılan ölçülüb-biçilmiş addımlar son nəticədə uğurlarımıza gətirib çıxarır".

H.Rəcəbli bildirib ki, mitinqlərlə məsələ həll olunmur: "Bu gün Ukraynada gedən hadisələrin, dünyada digər ölkələrdə gedən hadisələrin mitinqlərlə, hay-küylə, pəncərələri sındırmaqla həlli yoxdur. Problemlərin həlli müdrik, ağıllı siyasətlədir. Bu siyasəti də möhtərəm Prezidentimiz İlham Əliyev aparır. Əksinə, bu gün hər birimiz ölkədə sabitliyin qorunması üçün əlimizdən gələni əsirgəməməliyik". /Trend/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA