Sabah İsa Qəmbərlə Əli Kərimli görüşəcək

img

12-12-2013 [13:47]


Müsavat Partiyası Milli Şurada gələcək fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində ilk görüşü AXCP ilə keçirəcək.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, sabah günün ikinci yarısında AXCP qərargahında keçiriləcək görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arzu Səmədbəyli və başqan müavinlərinin iştirakı nəzərdə tutulub.

Qarşı tərəfdən isə görüşdə AXCP sədri Əli Kərimli, partiya Ali Məclisinin sədri Həsən Kərimov və sədr müavinləri iştirak edəcəklər.

Qeyd edək ki, Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi ilə bağlı təklifin müəllifi Əli Kərimli olub. İsa Qəmbər sessiyadakı çıxışında Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu qurumda Müsavat Partiyasının qalmasının məqbul olmadığını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA