"Azəriqaz"ın yeni sayğaclarında nöqsanlar üzə çıxdı - Nazirlik araşdırma aparır
02-02-2021 [17:05]
Son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılır.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, bunu nəzərə alaraq, bu il ilin 25-27 yanvar tarixlərində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb.
Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən - Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib. Araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin hesabına yeniləri ilə əvəz edilib.
Sayğacları əvəzləşdirilmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər. Eyni zamanda, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb.
Bu sahədə nəzarət tədbirlərinin davam etdirilməsi və mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur.
Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
Andrey Şevçenko Bakıda: "Bizim üçün çox vacib gündür"
Nadir Qafarzadənin evində toy olacaq
TUR PAKET ADIYLA 20 NƏFƏR ALDADILIB - Şirkət rəhbəri həbs olunub
"Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb - FOTOLAR
CHP Gürsel Təkinə elə gediş etdi ki... - Qərargah rəsmən qapadıldı
Qəzzada aclıq: son 24 saatda 6 nəfər ölüb
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
Xəzər dənizində brakonyer saxlanılıb - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni tələbələrin qeydiyyat müddəti uzadılıb
Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO
Laçın obaları heyvanlarda dabaq xəstəliyi yayılıb - Rəsmilərdən isə xəbər yoxdur (VİDEO)
İspaniya və İsrail arasında diplomatik böhran böyüyür
"Azərpoçt" adından fırıldaqçılıq kampaniyası başlayıb
İsrail Qəzzanı yenə bombalayıb - 25 fələstinli həlak olub
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlədi - FOTO
Daha bir Təşkilat Komitəsi yaradıldı - Prezident onları vəzifəyə təyin etdi (SİYAHI)
Əhəd Abıyev: "Bunu kim deyirsə qələt edir"
Bakıda ermənilərin məhkəməsi davam edir
MEDİADA REKLAM ÇARXI: pulu kimə və hansı kriteriyalarla verirlər?
Ceyhun Bayramov ABŞ-nin Ticarət Missiyasının nümayəndələrini qəbul edib - XİN-dən açıqlama
Tofiq İslamov vəzifədən azad olunub - Təyiinat
Bakı Su Həftəsi keçiriləcək - Bu tarixdə + VİDEO
Lamin Yamal pasportunu itirib - Türkiyədə
"Kocaelispor" icarə əsasında müdafiəçi transfer edib
"Beşiktaş" klubu açıqlama yaydı
"Milan"ın futbolçusu "Əl-Şabab"a keçdi
"Başakşehir" Çağdaş Atanla bağlı xəbər yaydı
Ağdərənin Vəngli kəndinə növbəti köç olub
Dünyanın məhkəmə hakimləri Azərbaycanda toplaşacaq
Raşid Ghezzal "Olimpik Lion" ilə müqavilə imzaladı
"Gaziantep FK" Tayyip Talha Sanuçu icarəyə götürüb
Sabah yağış yağacaq
ÇİNİN ƏZƏLƏ NÜMAYİŞİ: yeni ittifaq, yoxsa... - TƏHLL
"Trabzonspor" Andre Onananı transfer edir
"Beşiktaş" iki oyunçu ilə maraqlanır
"Beşiktaş" Cengiz Ünderlə bağlı açıqlama yayıb
İzmirdə 16 yaşlı uşaq polis bölməsini gülləbaran elədi - 2 polis ölüb, 2-i yaralanıb (FOTOLAR)
Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib
Azərbaycan Prezidenti Qazaxıstana səfər edəcək - Tokayev açıqladı
Gürcüstanda 30 kriminal avtoritetlər həbs olunub
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölənlər var - Cinayət işi açıldı + VİDEO, FOTO (YENİLƏNİB)
Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç olub
Ramin İsayev 14 il azadlıqdan məhrum edilib