Gömrük Komitəsi xaricdən mal gətirənlər üçün güzəştləri ləğv edib

img

01-02-2021 [18:09]


Dövlət Gömrük Komitəsinin (DGK) "Smart Customs” mobil tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranmış nasazlıq bu gündən aradan qaldırılıb.

DGK-dan  verilən məlumata görə, artıq xaricdən mal gətirən poçt və daşıyıcı şirkətlərin müştəriləri aldıqları malları bəyan etməlidirlər.

Komitə bu məqsədlə bütün daşıyıcı şirkətlərə müştərilərini məlumatlandırmaq üçün bildiriş göndərib.

Xatırladaq ki, "Smart Customs” mobil tətbiqinin və e.customs.gov.az portalının bu il yanvarın 1-dən işə düşməsi nəzərdə tutulsa da, bu məsələ texniki nasazlıqlara görə yubanmışdı. Teni qaydalara görə bu tətbiq və portalda bəyan edilməyən bağlamaların ölkəyə gətirilməsi qadağan edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq