İran və Ermənistan XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edib

img

27-01-2021 [12:46]


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Nazirlər əvvəlcə təkbətək görüş keçiriblər. Onlar iki ölkə arasındakı münasibətləri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

M.C.Zərif və A.Ayvazyan daha sonra görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formada davam etdiriblər.

Görüşdə ikitərəfli münasibətlərin, qarşılıqlı əməkdaşlığın inkişafı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

M.C.Zərif Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək.

Qeyd edək ki, İran XİN-in başçısı Yerevandan Gürcüstana gedəcək. O, regional səfəri çərçivəsində yanvarın 25-25-də Azərbaycanda və Rusiyada səfərdə olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA