Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

img

11-12-2013 [13:35]



Səbail rayonu İH-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilib. 

İcra Hakimiyyətindən mia.az-a verilən məlumata görə, anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. "Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır” deyən icra başçısının sözlərinə görə, Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. 

Din xadimləri H. Əliyevin xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxuyublar. Sonra 600 nəfərin iştirakı ilə ehsan mərasimi keçirilib. 

Tədbirdə qeyd olunmuşdur ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da H. Əliyevin məzarını ziyarət edəcək və həmin gün rayonun Badamdar və Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş, ümumilikdə 2000 nəfər üçün ehsan süfrələri təşkil olunacaq, həmçinin Bibiheybət və İçəri şəhər «Cümə» məscidlərində dini mərasimlər keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA