Ukraynada daha 4928 nəfərdə COVID-19 aşkarlanıb, 116 nəfər isə vəfat edib

Ukraynada daha 4928 nəfərdə COVID-19 aşkarlanıb, 116 nəfər isə vəfat edib

DÜNYA

23.01.2021, 15:51

Ukraynada son sutka ərzində 4 928 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov “Facebook” səhifəsində yazıb.

Qeyd olunub ki, bununla da Ukraynada COVID-19-a yoluxanların sayı 1 187 897 nəfərə çatıb. Son sutka ərzində 116 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 21 778 nəfərə çatıb.

Ötən gün ərzində Ukraynada 13 138 pasiyent koronavirusdan sağalıb. Ümumi sağalanların sayı isə 942 107-yə çatıb/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR