Həbsdə olan sabiq icra başçısı iilə müavinin məhkəmə prosesi təxirə salındı
19-01-2021 [15:39]
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə bu günə təyin olunan hazırlıq iclası baş tutmayıb.
Hakim Məhəmməd Bağırovun sədrlik etdiyi iclas sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar təxirə salınıb.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin olunub.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı itithamlar verilib/Report.
Peskov: "AŞPA-nın fəaliyyəti Rusiyasız natamamdır"
İranda daha 8495 nəfər koronavirusa yoluxub
Nazir: "Bu dəstəyi heç vaxt unutmadıq, unutmayacağıq"
Azərbaycanlı Avropa çempionatında ölkəmizi təmsil etməyə razılıq verməyib: "Səbinə Əliyeva isə deyir ki, məni komandaya götürün..."
BBC Laçından reportaj yaydı: "Erməni hərbçilərin meyitləri çaqqallara yem olmasın deyə..." - "Ermənilər rayonu qarət edir"
DSMF-dən Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi ilə bağlı - Açıqlama
Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
YAP qurultaya toplanır: kimlər postlarını itirəcək?
Rusiyada 90-dan çox məktəbli qidadan zəhərlənib
Boris Conson: "Futbolu 2030-cu ildə öz evinə qaytarmaq istəyirik"
Baş nazir müxalifətin tələbinə cavab verdi: "Bu, “qırmızı xətt”dir, məsələ müzakirə olunmayacaq”
Xəzər dənizində yenə zəlzələ oldu
Bağça, məktəb və universitetlər yenidən bağlanacaq? - Nazirlik sözçüsündən növbəti açıqlama
Azərbaycanda peyvənd olunanların sayı 293360 nəfərə çatıb
Sabahın hava proqnozu açıqlandı - Xəbərdarlıq
İsrail ərəb dövlətləri ilə hərbi alyans yaradır
Neftçalada şəhid muzeyinin açılışı olub
Vüqar Rəhimzadə: "Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir"
Azərbaycan və Türkiyə Qarabağ savaşından bəhs edən film çəkəcək
Azərbaycan banklarında dollara tələb azalıb
Bakıda "Formula 1" yarışının keçirilmə müddəti daha bir il uzadıldı
Hikmət Qurbanov saxlanılıb - FOTO/VİDEO
Millimiz Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək
Daha 101 dövlət əmlakı hərraca çıxarılacaq
Rusiyada daha 10565 nəfərdə koronavirus aşkarlanıb
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək
Füzuli, Cəbrayıl və Hadrutda erməni əsgərlərinin cəsədi axtarılır
DYP-dən sürücülərə daha bir - Xəbərdarlıq
Bu şagirdlər buraxılış imtahanı verəcək - DİM-dən açıqlama
“Azərişıq” qəzaları dronlar vasitəsilə aşkar edəcək
Təhsil Nazirliyi məlumat yaydı: "8 martda pul yığıla bilməz"
Xocavənddən yeni görüntülər yayıldı - VİDEO
Ermənistanda daha 240 nəfər koronavirusa yoluxub
Gürcüstanda daha 461 nəfər virusa yoluxub, ölənlər var
Azərbaycan nefti ucuzlaşdı
Məhkəmə: "Sabiq prezident Sarkozi həbsxanaya göndərilməyəcək"
Əfv Komissiyası yenidən toplanacaq
Zaur Axundov daha bir şirkət yaradıb
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib - Müxaliflərlə polislər arasında toqquşma olub
YAP növbədənkənar qurultay keçirəcək - Bu tarixdə
Ərdoğan bu gün Fransa prezidenti ilə danışıqlar aparacaq