Hafiz Hacıyev Amerikalı diplomatı qəbul edib

img

09-12-2013 [16:30]


Bu gün Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Amerikanın Azərbaycandakı səfirliyinin Siyasi Məsələlər üzrə müşaviri Fanta Orru öz mənzil qərargahında qəbul edib. 

Görüşdə Azərbaycan-Amerika münasibətləri haqda ətraflı fikir mübadiləsi aparılıb.Bu münasibətlərin daha da dərinləşdirilməsinin perespektivləri müzakirə edilib. Daha sonra bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, superdövlətlə münasibətlərin daha da inkişaf etməsinə toxunulub .Tərəflər arasında regionda və ölkədəki siyasi durum, 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkisi də müzakirə olunub.Görüşdə seçki dövründə və seçkidən sonra Amerikanın Azərbaycana qarşı yürütdüyü siyasət ,tutduğu mövqeyə də toxunulub. Amerikalı diplomat isə danışılan hər sözə diqqət verdiyini və önəm verdiyini deyib.Amerikanın Azərbaycanın demokratik inkişafında maraqlı olduğunu qeyd edən diplomat , mənsub olduğu dövlətın bu yöndə səy göstərdiyini deyib. Toplantinin sonunda qərara alınıb ki,MMP ilə Amerika səfirliyi arasında mütəmadi olaraq görüşlər keçirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA