İsmayıllı və Tərtər sakinlərindən silah götürüldü

img

18-01-2021 [11:58]


İsmayıllı və Tərtər rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaya kənd sakinləri - A.Babayevdən “İJ-16”, V.Abasovdan “TOZ-63”, Buynuz kənd sakini E.Babayevdən isə “İJ-16” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərdə rayon sakini S.İsmayılovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR