AMİP: "Qiymət artımına və onun fəsadlarına seyrçi qala bilmərik"

img

09-12-2013 [15:47]


Milli Şura ölkədəki bahalaşmaya etiraz olaraq dekabrın 15-ə mitinq təyin edib və saat 16.00-da "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda kütləvi aksiyanın təşkil olunması gözlənilir. 

Milli Şura daxilində son zamanlar yaşanan gərginliyi əsas gətirən bəzi təhlilçilər iddia edir ki, mitinq gözlənilən effekti verməyəcək və xeyli sönük alınacaq. 

Maraqlıdır, görəsən, hamının narazı qaldığı bahalaşmaya Milli Şura üzvü olmayan digər partiyalarda hansı münasibət sərgilənir? Onlar da 15 dekabr aksiyasına qatılacaqlarmı? Ən azından bəyanatla da olsa bu qərarı dəstəkləyirlərmi?

"AMİP bahalaşmaya etiraz edən Milli Şuranın mitinqinə dəstək verəcəkmi? Ümumiyyətlə AMİP-də bu barədə hər hansı müzakirə aparılıbmı və partiyanın bahalaşmayla bağlı mövqeyi necədir" sualına partiya Mərkəzi Şurasının üzvü Əli Orucov Moderator.az saytına açıqlamasında aşağıdakı məzmunda cavab verib:

"Bahalaşma təbii ki, ölkədə ciddi narazılıqlar yaratdı. İnsanlar bu prosesin daha intensiv hal alacağından və bunun sosial vəziyyəti daha da ağırlaşdıracağından narahatdırlar. Ölkənin aparıcı müxalif siyasi təşkilatlarından biri olan AMİP qiymət artımına və onun törədə biləcəyi fəsadlara seyrçi qala bilməz. Lakin partiyanın Milli Şuranın 15 dekabrda keçiriləcək mitinqdə iştirak məsələsi müvafiq qurumlarda müzakirə edilmədiyindən konkret nəsə fikir bildirmək tezdir."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA