XİN: "Azərbaycanla YUNESKO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz"
SİYASƏT
15.01.2021, 21:05
Azərbaycan Respublikasının Prezidenti bu ilin 13 yanvar tarixində İCESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı səsləndirdiyi çıxışında, ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa edib.
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bu ərazilərdə Azərbaycan xalqına məxsus olan hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir:
"Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə 19-cu əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.
O ki qaldı Ermənistan XİN-in guya ki, Azərbaycanın beynəlxalq təşkilatları, xüsusilə də YUNESKO-nu əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt, hətta YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur.
Azərbaycan tərəfi YUNESKO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla YUNESKO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.
Əminik ki, YUNESKO/İSESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırlması üçün əlverişli imkan olacaqdır.
Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Futbol dünyası yasda! - Futbolçu qapıçı ilə toqquşduqdan sonra öldü + FOTOLAR
Bugün, 14:42 İDMAN
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi - Şok iddia ilə
Bugün, 14:31 KRİMİNAL
-
FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
Bugün, 14:24 SİYASƏT
-
"WhatsApp"da saxta kampaniyalarla bağlı xəbərdarlıq: 100 manat məbləğində pul mükafatı...
Bugün, 14:08 CƏMİYYƏT
-
Deputat: "Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır?"
Bugün, 14:02 İQTİSADİYYAT
-
Deputat parlamentdə: "Mütəxəssis adı altında ölkəmizə gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır"
Bugün, 13:45 SİYASƏT
-
"Elektron ticarət haqqında" qanun dəyişir
Bugün, 13:14 İQTİSADİYYAT
-
Meydan TV-nin hǝbsdǝ olan ǝmǝkdaşları bəyanat yayıb
Bugün, 12:55 PRESS
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sazişlər ratifikasiya olunub
Bugün, 12:53 SİYASƏT
-
AFFA bu klubları cəzalandırdı
Bugün, 12:53 İDMAN
-
OKTYABRIN “ULDUZ”U – XAQANI ŞIRVANI -900
Bugün, 12:46 PRESS
-
"Call Center"lər vasitəsilə kiberdələduzluq - Azərbaycan polisi Ukraynada müdhiş əməliyyata imza atdı + VİDEO, FOTO
Bugün, 12:31 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl... - Üstü indi açıldı
Bugün, 12:13 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:09 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞMƏDİ... - Deputatlar 3 namizəd arasından yenə eyni adamı seçdi + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT
-
Qrenlandiya müstəqillyə dorğru ilk addımı atdı?
Bugün, 10:19 DÜNYA
-
Mingəçevirdə bıçaqlanma olub
Bugün, 10:17 KRİMİNAL
-
"Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm" - Elmar Məmmədyarov
Bugün, 10:09 SİYASƏT
-
ABŞ-da TARİXİ SEÇKİ: Trampın qalan iki ili və qeyri-müəyyən vəziyyət... - Amerikalılar müharibə və bahalaşmaya "hə", yoxsa "yox" deyəcək?
Bugün, 09:55 GÜNDƏM
-
Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifədən azad olunub
Bugün, 09:43 CƏMİYYƏT
-
Türkiyə seçkini bir ay əvvələ çəkir: Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR
Bugün, 09:21 SİYASƏT