PUTİN ƏLİYEV VƏ PAŞİNYANLA 4 SAAT ÇƏKƏN GÖRÜŞDƏ: "Biz əminik ki, bu, münaqişənin nizamlanması üçün zəruri ilkin şərait yaradacaq" - FOTO/VİDEO
11-01-2021 [19:05]
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başa çatıb.
Görüş təxminən 4 saat davam edib.
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.
Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli Nikol Vovayeviç.
Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmisiniz.
Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb.
Hörmətli həmkarlar, sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.
Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.
Bu halda xüsusi qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı.
Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.
Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.
Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.
Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.
Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.
Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.
Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.
Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrup məşğul olacaq.
Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq.
***
“Qarabağla bağlı üçtərəfli razılaşma ardıcıl olaraq həyata keçirilir”.
Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
Rusiya prezidenti Əliyev və Paşinyana Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə təşəkkürünü bildirib və Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.
O, Qarabağda uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığını qeyd edib.
“Bu gün Qarabağda sülhməramlılar, sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”, - o, deyib/Report.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.
V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır: “Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.
Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.
V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.
V. Putin qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir.
“Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.
Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”/APA.
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
"Neftçi" Baş icraçı direktoru Mia.az-ın əməkdaşı ilə söhbətləşdi: "Neçə vaxtdı komanda gecəsini-gündüzünə qatıb"
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz