Cəmil Həsənlidən İsa Qəmbərin çıxışına reaksiya

img

06-12-2013 [11:30]


Dünən Müsavat başqanı İsa Qəmbər Azadlıq radiosunun efirindən Milli Şura və vahid namizəd məsələsi ilə bağlı maraqlı fikirlər səsləndirib.

"Qafqazinfo” Milli Şura sədri Cəmil Həsənlidən səsləndirilən fikirlərə münasibət öyrənib. Cəmil Həsənli qeyd edib ki, Müsavat başqanın çıxışı ilə tanış deyil. Gün ərzində çıxışla tanış olacaq. Amma vahid namizəd məsələsi ilə əlaqədar İsa bəyin dediyi fikirlə bağlı deyə bilərəm ki, burda başlıca məqsəd hakimiyyətə gəlməkdir: "Qələbənin siyasi məzmunu bundan ibarətdir. Biz seçkidə səslərin böyük əksəriyyətini əldə etdik. Amma saxtakarlığın qabağını ala bilmədik. Ona görə də bütövlükdə seçkidə nəzərdə tutulan məqsədlərə nail olunmadı”.

Milli Şuranın sədri Cəmil Həsənli Müsavat başqanı İsa Qəmbərin dünənki çıxışına qulaq asmasa da, Müsavat Partiyasının Milli Şuranın tərkibində qalacağına əminliyini ifadə etdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA