Rüstəm İbrahimbəyovun Vergilər Nazirliyinə qarşı iddiası təmin olunmadı

img

05-12-2013 [14:23]


Rüstəm İbrahimbəyova məxsus "İbrus” kino şirkəti Vergilər Nazirliyini məhkəməyə verib. Kinoşirkətin Vergilər Nazirliyi ilə çəkişməsi uzun müddətdir ki, davam edir. 

Bu gün isə "İrbus”un qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Prosesə vəkillik edən Fuad Ağayev Modern.az-a bildirib ki, kino şirkəti ilə bağlı aşağı instansiya məhkəmələrinin verdikləri qərarlar dəyişdirilmədən saxlanılıb. 

"İddialarımız təmin olunmadı. Vergilər Nazirliyi kino şirkətində yoxlamalar aparıb. Qanuna zidd olaraq bir sıra vergi hesablayıb, maliyyə sanksiyaları tətbiq ediblər. Biz də Vergilər Nazirliyinin Audit Departamentinin qərarının ləğv olunması ilə bağlı məsələ qaldırmışdıq. Amma iddiamız təmin olunmadı”, – deyə Fuad Ağayev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA