Müsavatdan Əli Kərimliyə ittiham: “Daha nağıllar keçmir”

img

04-12-2013 [16:43]


Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Səxavət Soltanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini müxalifətin birliyinin əleyhinə olmaqda ittiham edib. Modern.az-ın məlumatına görə, S.Soltanlı Ə. Kərimlinin Rüstəm İbrahiməbəyovla bağlı mövqeyini sərt qarşılayıb:

"Özünün etiraf etdiyinə görə, Əli Kərimli iki gün öncə Rüstəm İbrahimbəyovdan israrla xahiş edib ki, həmsədr olmağa razılaşsın, amma Rüstəm müəllim qəbul etməyib. Bu alınmayanda boynuna qoyub ki, o zaman fəxri sədrliyə razı olsun. Təəccüblü olan Müsavat Partiyasının bu platformaya etiraz etdiyini bildiyi halda o, buna israrlar edib. Əli Kərimli bununla əslində birliyin əleyhinə olduğunu nümayiş etdirib. Amma o bilməlidir ki, daha nağıllar keçmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA