"Azərbaycanda növbədənkənar heç bir seçki olmayacaq, istefalar isə..." - Tanınmış astroloqdan 2021-ci ilə bağlı proqnozlar
25-12-2020 [17:59]
Tanınmış astroloq, "Qoroskop"qəzetinin baş redaktoru Səbuhi Rəhimli Yenisabah.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Səbuhi müəllim, ilk əvvəl bilmək istərdim ki, 2020-ci il üçün verdiyiniz hansı proqnoz özünü doğrultdu?
- Mən təxminən 1996, intensiv olaraq 1997-ci ildən mətbuatda hər il ictimai-siyasi 25 proqnoz verirəm. Bu müddət ərzində ildə ən çoxu 2-3 proqnozum özünü doğrultmayıb. Bəziləri isə qismən özünü doğruldub. Hətta 2004-cü il üçün verdiyim proqnozların 25-i də doğru olmuşdu. Bu il verdiyim proqnozlardan isə 2-si yanlış çıxıb. Biri Azərbaycana, digəri isə dünyaya aiddir. İkisi isə qismən düz çıxıb. Amma qalanları 100 faiz doğrudur. Co Baydenin prezident seçiləcəyini proqnozlaşdıranda hətta politoloqlar da mənim üzərimə düşmüşdülər ki, bu mümkün olan şey deyil. Trampın impiçment məsələsi ilə bağlı da mən olmayacağını deyəndə, ”Dörd ştatın prokuroru ona qarşı cinayət işi açıb, mümkün deyil ki, impiçment olmasın”,-dedilər, amma mənim proqnozum özünü doğrultdu.
Düşünürəm ki, proqnoz verən şəxsin hesabat vermək borcudur. Hətta hamısı səhv çıxsa da, zəhmət çəkib izahını verməlidir ki, nəyə əsasən bu proqnozları verib.
- 2020-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik, çünki 30 illik həsrət başa çatdı. Bəs 2021-ci il bizə nə gətirəcək?
- Hər ilin öz oyun qaydaları var, ona kim doğru, düzgün, emosiyasız, ağılla riayət edirsə, uğur qazanır. 2021-ci ilin tendensiyası bir qədər fərqlidir, bu ildə təkcə haqlı olmaq azdır, həm də güclü olmalısan. Həqiqətən, öküz ilində haqlı və güclü olanlar udacaq. O baxımdan ölkəmizdə uğurlu siyasət aparılsa, demokratik yönümlü addımlar atılsa, uğura çatmaq mümkün olacaq.
- Bildiyiniz kimi, pandemiya nəinki bizdə, dünyada iqtisadiyyata ciddi zərbə vurdu. Həmçinin hərbi büdcə olmasına baxmayaraq, müharibəyənin də ölkə iqtisadiyyatına müəyyən təsiri oldu. Necə düşünürsüz 2021-ci ildə iqtisadiyyatımızı dirçəldə biləcəyikmi?
- Pandemiya idarəolunan virus olduğuna, bütün dünyanı bürüdüyünə görə təbii ki, iqtisadiyyat ciddi zərər gördü. Müharibəyə isə hərbi büdcə olduğu üçün vəsait, əsasən, oradan xərcləndi. Hətta bildiyimə görə, müharibəyə büdcədən əlavə vəsait ayrılmadı. İqtisadiyyati dirçəltmək üçün atılacaq addımlara gəldikdə isə sualın çoxşaxəli olduğunu düşünürəm. Konkret bir xətt üzrə olmadığı üçün cavab vermək çətindir. İqtisadiyyatımız dirçəlsə belə, tutaq ki, yükdaşıma yoxdursa, dünya bazarına çıxış mümkün deyilsə, yəni məhsulumuz özümüzdə qalırsa və neftin qiyməti də düşürsə, deməli, vəziyyət o qədər də idarəolunan deyil. Lakin neftin getdikcə bahalaşacağını proqnozlaşdırıram. Xüsusilə də ilk 3 ayda tədricən bahalaşacaq. Ona görə iqtisadiyyatı dirçəltmək olar. Zatən Azərbaycan iqtisadiyyatının hazırda çökmədiyi məlumdur.
- Sizcə, manatın aqibəti necə olacaq?
- Devalvasiya ilə bağlı ötən il insanlar təlaş içərisindəydi. Düşünürdülər ki, il başlayanda dollar qalxacaq, hətta kütləvi şəkildə dollar almağa başladılar. Amma hələ o zaman məm ilin birinci yarısında Azərbaycanda hər hansı bir devalyasiyanın olmayacağı proqnozlaşdırmışdım. Yenə onu da təkzib edənlər oldu, amma nəticə dəyişmədi. Bu il üçün də ilk dörd ayda hər hansı devalvasiya olmayacaq. Burada 3-5 qəpik artıb azalmanı nəzərdə tutmuram.
- Siyasətdə bizi hansı dəyişikliklər gözləyir? Kadr islahatları hansı istiqamətdə davam edəcək?
- Dünyada yeni güc mərkəzləri yaranacaq, yeni liderlər ortaya çıxacaq ki, klassik ənənələrə uyğun olan gedişat onlar tərəfindən dəyişiləcək. Yəni dünyanın siyasi gündəmini, gedişatını fərqli səpkidə idarə edən insanlar meydana çıxacaq. Kadr islahatlarına gəldikdə isə ötən il verdiyim proqnozlardan biri də o idi ki, köhnə qvardiya biraz da kəskin zərbələr alacaq. Bunu Ramiz Mehdiyev və Əli Həsənov timsalında gördük. İstefaların da çox olacağını, episendrində isə icra başçılarının yer alacağını, 20-ə qədər icra başçısının vəzifədən azad ediləcəyini demişdim. Təxminən 16 icra başçısı çıxarılıb və proses hələ də davam edir. Hətta yaxın günlərdə də hansısa icra başçısı çıxarıla bilər, adı hallananlar var, xüsusilə də Tərtər icra başçısının çıxmaması üçün heç bir əsas yoxdur. Hər şey hökumətin insafına baxır. Amma gələn il üçün kadr islahatının episentrində hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə məmurları olacaq. Polis və prokurorların kütləvi istefalarını görəcəyik. Müdafiə Nazirliyi buraya daxil deyil.
- Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirmi? Çünki bildiyiniz kimi, bəzi dairələrin deputatları hələ də bəlli deyil.
- 2021-ci illə bağlı 25 proqnozumdan biri Azərbaycanda, ümumiyyətlə, növbədənkənar heç bir seçkinin olmayacağı ilə bağlıdır. Çox vaxt çox şeylər deyirlər.
- 2021-də düşmən ölkənin liderini nə gözləyir? Xalq Paşinyanı devirməyi bacaracaq?
- Əgər ilk iki ayda Paşinyan hakimiyyətini qoruya bilsə, ilin sonuna qədər hər hansı istefa və ya devrilmə olmayacaq. Onun üçün çətin olan mərhələ başa çatmaqda olan dekabr, yanvar və fevral aylarıdır.
- KİV DF-nin rəhbəri də dəyişdi. Buna əsasən, Azərbaycan mediasının 2021-ci ildə yeni yola qədəm qoyacağını deyə bilərik? Efirlərdə daha savadlı şəxsləri görmək bizə qismət olarmı?
- Azərbaycan mediası müəyyən qırmızı xətt daxilində hərəkət edir. Mən bunu cəsarətlə deyirəm. Ondan kənara çıxa bilmir. Məsələn, mən özümü sərbəst, azad, ən müstəqil jurnalist hesab edirəm. Həm yazımda, həm də çıxışlarımda çərçivə olmur, tərəfli deyiləm. Amma kimdir mənə fikir verən?! Əsas o maliyyə imkanları yaxşı olan KİV-dən söhbət gedirsə, azad, demokratik mətbuatı yenə görməyəcəyik. Hətta bəzi internet kanalları var ki, onların da müəyyən qırmızı xətti var, oradan çıxa bilmirlər. Hətta icazəsiz adi siyasi bir lideri dəvət edərsə, o kanalın bağlanma təhlükəsi olur. Bəzən, “Filankəsdən də müsahibə alın, yaxşı informasiya verər”,-deyirəm. “Yox, həmin dəqiqə bağlanarıq”,-cavabını verirlər. Deməli, bu adamlar haradansa asılıdır və şərtlər əsasında işləyirlər.
Ona görə də savadlısı da, savadsızı da o çərçivədən çıxa bilməyəcək. Həm də əgər bizim mediamız diktəylə hərəkət edirsə, deməli, yenə də savadsızları daha çox görəcəyik. TV-lərlə həmişəki kimi çal-çağır, şou olacaq. Qismən bəlkə müharibənin təsirindən vətənpərvərlik ruhunda nəyəsə yer verilsin. Əslində, bu barədə heç proqnoz da verməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Heç kim hansısa naziri açıq şəkildə tənqid edə bilməz. Kimsə Prezidentin qüsurunu deyə bilməz. Demək ki, media müstəqil deyil, qorxusu və alacağı var ki, sərbəst davrana bilmir.
- Son olaraq pandemiya ilə bağlı fikrinizi öyrənmək istərdim. Bu bəladan qurtula biləcəyikmi?
- Pandemiyanı proqnozlaşdırmaq olmur. Tramp ilkin çağlarda açıqlama verəndə, “Aldığımız məlumata görə, itki sayı 70 milyon insan proqnozlaşdırılır”,-demişdi. Hələ ki bu say 1,6 milyondur. Co Baydendə isə seçki kampaniyasındakı çıxışların birində dedi ki, əgər mən prezident seçilsəm, ilin ilk rübündə dünyanı bu bəladan qurtaracam. Amma astrologiyada ancaq dünyanın aktiv və passiv dönəmini bilmək olur. Yəni böyük müharibələr olanda o metodla bilmək olur. Yeri gəlmişkən böyük müharibələr filan gözlənilmir. Dünyanın passivlikdən keçid dövrü mayın sonuna təsadüf edir. Yəni tədricən aktivlik-turzim, iqtisadi əlaqələr, yükdaşıma və s-tədricən bərpa olunacaq. Bunun da pandemiya ilə müqayisəli təhlilinin aparsaq deyə bilərik ki, pandemiya təhlükəsi may sonundan tədricən azalma şkalası ilə irəliləyəcək.
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq