Rövşən Rzayev BQXK-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?
22-12-2020 [17:04]
Dekabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri ilə görüşüb.
Dövlət Komitəsindən verilən məlumata görə, Komitə sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib.
Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Hazırda ölkə Prezidentinin sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsi, yolların, kommunikasiya və kommunal xidmətlərin qurulması ilə əlaqədar işlər aparılır, daha sonra məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
Münaqişənin ilk illərində olduğu kimi, indi də məcburi köçkünlərin qayıdışı ilə əlaqədar keçirilən layihələrdə beynəlxalq təşkilatların, eləcə də BQXK-nın iştirakına ehtiyac vardır. Buna görə də əməkdaşlığı davam etdirmək, məcburi köçkünlərə psixoloji, mənəvi dəstək vermək üçün birgə fəaliyyət göstərmək vacibdir.
BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi dövrdə belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.
Söhbət zamanı BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım üzrə lazımi avadanlıq və materiallarla təmin edilmiş təlimlər keçirilib. Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri təşkilatın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirib, işə yeni əməkdaşlar cəlb edilib.
Görüşdə Dövlət Komitəsi ilə BQXK arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı