Milli Şuranın sessiyası- Eldar Namazov qurumdan getdi- (Yenilənib- Fotolar)

img

03-12-2013 [16:45]




C.Həsənli həmçinin deyib ki, Milli Şuranın fəaliyyət proqramı müzakirə olunmalıdır. Əsasnamənin təkmilləşməsinə də ehtiyac var. "Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov vəzifəsindən azad edilməsini istəyir və o, bununla bağlı R.İbrahimbəyova müraciət edib. Bunu nəzərə almaq lazımdır və Rüstəm bəy də məsələyə müsbət yanaşıb. Onun işləri çoxdur, EL Hərəkatı da var. Eldar bəy istəyir ki, bu məsələ də burada diqqətə çatdırınsın və istefa verdiyi açqlansın".

***

16.44

Seçki saxtakarlığından danışan C.Həsənli ABŞ səfərindən də söz açdı və apardığı müzakirələr barədə məlumat verdi. Həmçini bildirdi ki, bu saxtakarlıqda iştirak edən Avropa parlamentarilərinin öz ölkələrində nüfuzdan salınma prosesi də gedir və artıq bəzi parlamentarilər barəsində öz ölkəsinin mətbuatı yazılar dərc edib.

Milli Şuranın ötən bir ayda gördüyü işlər barədə məlumat verən C.Həsənli bildirdi ki, qurum siyasi məhbusların müdafiəsi istiqamətində fəal iş aparır. Onun sözlərinə görə, ölkədəki siyasi məhbusların hamısı saxta ittihamlarla həbsə alınıblar və bütün cəmiyyətin gücünü bu məhbusları azad etməyə sərf etmək lazımdır.

***

16.33

Azərbaycanın dövlət himni ilə başlanan tədbirdə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bildirdi ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefası barədə müraciətə baxılacaq. Gündəlikdə duran məsələlər isə bunlardır: Milli Şuranın fəaliyyət istiqamətləri, Ukraynada baş verənlər və ölkədəki qiymət artımı.

Seymur Həzi bildirdi ki, etiraz aksiyaların keçirilməsi də gündəliyə salınsın və müzakirə edilsin. C.Həsənli də buna tərəfdar olduğunu söylədi.

***

Demokratik Qüvvələrin Milli Şurasının sessiyası başladı. AXCP-nin qərargahında keçirilən toplantıda qurumun 60-a yaxın üzvü iştirak edir. Müzakirələrin gərgin keçəcəyi gözlənilir. Sessiyada Milli Şuranın yeni sədrinin seçiləcəyi də gözlənilir. Həmçinin Rüstəm İbrahimbəyovun istefası barədə müraciətinə baxılacaq.

Sessiyada təşkilatın güclənməsinə hesablanan digər qərarların veriləcəyi də istisna deyil. Toplantıda seçki saxtakarlığına qarşı beynəlxalq müstəvidə aparılan mübarizə haqqında məlumat veriləcək və müvafiq qərarlar qəbul olunacaq. Cəmil Həsənlinin xarici səfərləri haqqında da məlumat dinləniləcək və yeni dönəm üçün prioritetlər müəyyənləşəcək.

Sessiyada habelə kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı məsələ də müzakirə olunacaq.

Röya
Fotolar müəllifindir



  • Milli Şuranın sessiyası- Eldar Namazov qurumdan getdi- (Yenilənib- Fotolar)<a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir223/img1520782.JPG' target='_blank'>Yüklə</a>
  • Milli Şuranın sessiyası- Eldar Namazov qurumdan getdi- (Yenilənib- Fotolar)<a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir223/img1520783.JPG' target='_blank'>Yüklə</a>
  • Milli Şuranın sessiyası- Eldar Namazov qurumdan getdi- (Yenilənib- Fotolar)<a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir223/img1520784.JPG' target='_blank'>Yüklə</a>














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA