"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş... - Azərbaycanlı həkimdən yeni iddialar
22-12-2020 [14:14]
"COVID-19 pnevmaniyası zamanı kompüter tomoqrafiya (KT) ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur və məlumatsız pasiyentləri bununla da psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir:
"Ümumiyyətlə kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir. Bu barədə mənim özümün də dünyanın nüfuzlu jurnallarında çap edilən elmi tədqiqatlarım var. Amma aylardır diqqətimi çəkən bir məqam var ki, bu, Azərbaycanda icra edilir və heç bir cavabdeh qurum və ya şəxslər buna reaksiya vermir. Bu da ağciyərdə olan dəyişikliyin sadəcə “buzlu şüşə” adlandırılması və faizlə miqdarının göstərilməsidir. Bu, çox ciddi yalnışlıqdır və bu səhvə görə insanın həkimliyinə şübhə ilə yanaşarlar".

Nuran Abdullayev
"Bu fikirlərlə kimlərisə aşağılamaq fikrim yoxdur. Sadəcə bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir. Ona görə də bunu deməyi bir həkim kimi özümə borc bilirəm. Bu cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirəndə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır. Digər vacib məsələlər isə xəstənin özünün kliniki vəziyyətindən asılı olaraq fərqli olur. Bir daha təkrarlayıram ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım deyil və lazım olmamalıdır. Bundan başqa, hər kəsdə də “buzlu şüşə” dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən “buzlu şüşə” heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb" - N.Abdullayev əlavə edib/Report.
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı