Məzahir Pənahov da getdi

img

02-12-2013 [16:09]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin dəvətinə əsasən, Malyaziyanın paytaxtı Kuala Lumpurda rəsmi səfərdədir.

Komissiyanın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən daxil olan məlumata görə, səfərdə məqsəd Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin və Malyaziya Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə keçiriləcək seçki məsələlərinə həsr olunmuş VII Beynəlxalq Simpoziumda iştirak etməkdir. 3-4 dekabr tarixində keçiriləcək tədbirin mövzusu "XXI əsrdə seçki islahatları”dır. Simpoziumun keçirilməsində məqsəd tədbirə qatılan müxtəlif ölkələrin seçki qurumları rəhbərlərinin və seçki ekspertlərinin seçki prosesi və onun idarə edilməsində əldə etdikləri təcrübələri bölüşmək və bu sahə ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində MSK sədrinin bir sıra digər görüşləri də nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA