Bu il dünyada 42 jurnalist peşə borcunu yerinə yetirərkən qətlə yetirilib

img

10-12-2020 [11:46]


2020-ci ildə dünyada 42 jurnalist öz peşə borcunu yerinə yetirərkən qətlə yetirilib.

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, bu il dünyada daha 235 jurnalist isə peşə fəaliyyətinə görə həbs edilib.

Jurnalistlərin ən çox öldürüldüyü ölkələrin siyahısına son 5 ildə dördüncü  dəfə Meksika liderlik edir. Belə ki, bu il Meksikada 13 jurnalist öz peşə fəaliyyətinə görə qətlə yetirilib. Jurnalistlərin ən çox öldürüldüyü digər ölkələr isə Pakistan, Əfqanıstan, Hindistan, İraq və Nigeriyadır.

Federasiyanın hesabatına görə, son 30 ildə dünyada 2 658 jurnalist fəaliyyətinə görə öldürülüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq