Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar

img

07-12-2020 [18:37]


Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar.

Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin sərbəst buraxılması məsələsinin diplomatik kanallarla həll edildiyini bildirib.

“Məsələ diplomatik kanallarla həll olunub” deyə Kremlin sözçüsü Rusiya prezidentinin jurnalistlərin sərbəst buraxılması məsələsinə yardım edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Rusiyanın NTV kanalında yayımlanan “Mərkəzi Televiziya” verilişinin əməkdaşları Aleksey Petruşko və İvan Malışkin bir neçə gün əvvəl Türkiyədə saxlanılıblar.

Onlar icazə olmadan pilotsuz uçuş aparatları istehsal olunan zavodun görüntülərini çəkməkdə ittiham olunublar/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq