SARKİSYAN PAŞİNYANA VƏTƏN XAİNİ DEDİ: “Sən ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”

img

05-12-2020 [17:00]


“Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyana cavabında bildirib.

O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq onu vətən xaini adlandırıb.

Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyətinin əraziləri qaytaracağı vədi verildikdən sonra dayandırılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:27 25.01.2021

Sabiq naziri suda boğulub