MMP gələn ilin konsepsiyasını geniş şəkildə müzakirə edəcək

img

28-11-2013 [14:12]


Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Toplantıda ilk öncə dünyada və ölkədə baş verən hadisələr müzakirə edilib, hadisələrə siyasi qiymət verilib . Daha sonra gündəlikdə duran əsas məsələlərin müzakirəsinə keçilib. Toplantıda 1-ci məsələ kimi təşkilatınmanın səviyyəsi ,rayon təşkilatlarında vəziyyət , onların görəcəyi işlər və digər cari məsələlər müzakirəyə çıxarılıb. Keçən toplantıdan verilən tapşırıqların necə yerinə yetirilməsinə baxış keçirən pəhbərlik ,təşkilat sədrlərinə daha aktiv və çevik olmağı tövsiyyə edib. Daha sonra MMP Təşkilat Şöbəsinin partiya sıralarına yeni üzv olan şəxslərin və İdarə Heyəti ,Qadınlar Şurasının sədri vəzifəsinə gətiriləcək üzvlərin təqdimatı olub.Təqdim olunan siyahının tərkibi müzakirə edildikdən sonra qərara alınıb ki,dekabr ayının 10-da BMM-də Siyasi Şuranın növbəti toplantısı keçirilsin. Qeyd edək ki,həmin toplantıda İdarə Heyətinin ,Siyasi Şuranın yeni tərkibi təsdiq ediləcək. Toplantıda radikal müxalifət cəbhəsində seçkidən sonra yaranmış süstlük,qarşılıqlı ittihamlar və Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Amerika səfəri, bu səfərdə Azərbaycanın əleyhinə apardığı biabırçı təbliğat qınanıb və tənqid edilib. Bununla da toplntı öz işini başa çatdırıb. MMP Mətbuat Xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA