Lavrovdan Qarabağla bağlı ATƏT ölkələrinə mesaj: "Biz buna hərtərəfli dəstək verəcəyik”

img

03-12-2020 [16:35]


"Münaqişələrin həlli ilə bağlı ATƏT-in mövcud imkanlarına tələbat hələ də qalır".

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında bildirib.

Nazirin fikrincə, ATƏT məkanındakı böhranlı vəziyyətlərin həllinə dair mövcud razılaşmalar üzv dövlətlər tərəfindən daha çox dəstək görsə, həyata keçirilmələri də tezləşərdi.

“Bunu Dağlıq Qarabağdakı çözümlə bağlı da gözləyirik. Biz buna hərtərəfli dəstək verəcəyik”, – deyə rusiyalı nazir qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA