İbrahimbəyovun keçmiş ortağına cinayət işi açıldı

img

27-11-2013 [18:01]


Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla birgə çəkdiyi filmlərlə dünyada məşhur olan rejissor Nikita Mixalkova məxsus şirkətlə bağlı cinayət işi açılıb.

MİA publika.az-a istinadən xəbər verir ki, cinayət işi səhmlərinin bir hissəsi Nikita Mixalkova məxsus olan "Çel Prom-Daymond” şirkətinin xarici şirkətə 40 milyon rubl dəyərində brilliant satması ilə bağlıdır.

Mixalkovla bərabər kürəkəni Albert Bakova da məxsus olan şirkət 2012-ci ildə "Dundela limited”lə 10 milyon dollar dəyərində brilliantın satışına dair müqavilə imzalayıb. Daha sonra isə 1 milyon 250 min dollar, yəni 40 milyon rubl dəyərində brilliantın təhvil verildiyi sənədlərdə əksini tapıb. Bu ilin iyununda tərəflər arasında təhvil-təslim aktı imzalanıb. Bu akta əsasən 1479,75 karat, 11 695 ədəd brilliant sahibinə verilib. Araşdırma nəticəsində məlum olub ki, müqavilə qanunsuzdur və bu, "Qiymətli daşlar və qiymətli metallar” haqqında qanunu pozur. Çünki kinorejissorun brilliant satdığı şirkət Rusiya ərazisində fəaliyyət göstərmir, qeydiyyatı yoxdur. Cinayət işi Çelyabinsk prokurorunun şəxsi nəzarəti altındadır. Xəbərdə bildirilir ki, oktyabr ayında "ÇelProm-Daymond”dan 7,2 milyon rubl dəyərində almaz müsadirə edilib.

Xatırladaq ki, N.Mixalkovun Rüstəm İbrahimbəyovla sıx yaradıcılıq əməkdaşlığı olub. 1970-ci ildə N.Mixalkov R.İbrahimbəyovun ssenarisi üzrə ilk debütünü - "Müharibənin sonunda bir sakit gün” qısametrajlı filmini çəkib. Bundan başqa onlar bütün dünyada məşhur olan "Ura, sevgi ərazisi”, "Günəşdən usanmışlar” kimi filmlərə imza atıblar. Bu filmlər çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Belə məlumatlar da gəzirdi ki, R. İbrahimbəyovun aldığı "Oskar” mükafatına N. Mixalkov da "ortaqdır”.

Qeyd edək ki, bir müddət öncə R. İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında da yoxlamalar aparılıb və vergidən yayınma halı aşkarlanıb. R. İbrahimbəyov Azərbaycana gəlmədiyi üçün bu məsələ açıq olaraq qalır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA