ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ NƏ QƏDƏR TƏQAÜD VERİLƏCƏK? - Məbləğ açıqlandı
01-12-2020 [19:12]
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.
O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir:
Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.
- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.
Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub".
F.Talıbov qeyd edib ki, ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir:
"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.
Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".
Türkiyədə COVİD-19: son gündə daha 5277 nəfərdə aşkarlanıb
CAVAD KƏNDİNİN VƏTƏNPƏRVƏR OĞLU...(Esse)
Müdafiə Nazirliyi Füzulidən növbəti görüntülər yaydı - VİDEO
Kür çayında suyun səviyyəsi aşağı düşüb - FOTO
Saxlanılan baş həkim haqda qərar verildi
Şamaxı rayonunda palçıq vulkanı püskürüb
"Fənərbağça" klubu Mesut Özil üçün yeni kampaniya başladıb: "Ən azı bir sms rica edirəm"
XİN-dən quldurların öldürdüyü azərbaycanlı ilə bağlı açıqlama: "Nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək"
Azərbaycanda daha 287 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Müdafiə Nazirliyi Kəlbəcərdən daha bir görüntü yayıb - VİDEO
Yunis Hüseynov istefa verdi
Müdafiə Nazirliyi Füzulidən yeni videogörüntülər yayıb - VİDEO
Sabahın hava proqnozu açıqlandı
Gürcüstanda daha 546 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda daha 127 nəfər koronavirusa yoluxub
ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra ölüb
Xırdalanda qohumlar arasında dava: kişiyə 4 bıçaq zərbəsi vuruldu
ABŞ səfirinin bəyanatına rəsmi Moskvadan sərt etiraz: "Dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın" - Rusiya ilə Amerika arasında qalmaqal
Şahbuz rayonunda zəlzələ olub
Bu şəxslərə hərbi xidmətdən 3 ay möhlət veriləcək
Salyan rayonunda 25 yaşlı kişi intihara cəhd edib
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə!
Müdafiə Nazirliyi Kəlbəcərdən növbəti görüntülər yayıb - VİDEO
İcra başçısı istefa verən bələdiyyə sədrinə yüksək vəzifə verdi
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Ərdoğan "Sən niyə Ermənistanla savaşırsan?” sualına belə cavab verdi: "Çünki mənim dostuma, soydaşlarıma təcavüz edir”
Hikmət Hacıyev: "Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır"
"Xəbər məni olduqca kədərləndirdi" - Prezident İlham Əliyev Zelenskiyə məktub göndərib
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Deputatdan şok ittiham: "“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların "cibinə girir" - "Bu qurumda fırıldaq aparatı yaradıblar"
“İmişli-Quşçuluq” iflas olunduğunu elan edib
Mikayıl Cabbarov SOCAR-da mühüm vəzifəyə gətirildi - Prezident onlara da yeni vəzifə verdi + SİYAHI
Şəhid əsgər Gəncədə dəfn olunub - FOTO
PREZİDENT SOCAR-la BAĞLI FƏRMAN VERDİ: 7 nəfərdən ibarət Müşahidə Şurası yaradıldı - Daha nələr olacaq?
Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi - Sərəncam
İranda daha 6207 nəfər koronavirusa yoluxub
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq
Vilayət Eyvazovdan Gəncə polisi ilə bağlı daha bir dəyişiklik - Şəhərin yol polisinə yeni rəis təyin olundu
Azərbaycan yığması oyunlarını Belçikada keçirəcək
Bu deputatlar AŞPA-nın qış sessiyasına qatılacaq - MM-dən açıqlama
PROKURORLUQ DAHA İKİ RAYONDA ƏMƏLİYYAT KEÇİRDİ: vəzifəli şəxslər saxlanıldı - İlk rəsmi açıqlama
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yaydı - VİDEO
Emin Əmrullayevdən ali təhsillə bağlı daha bir - İzahat