Səfirdən azərbaycanlı generala ittiham - Konfrans

img

27-11-2013 [11:52]



İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə ilə bağlı yaranan problemin tezliklə həllinə yardımçı olduğu üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür edib. Bunu səfir bu gün keçirdiyi mətbuat konfransında deyib.

 M.Pakayin hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin işçiləri Əhməd Əhmədzadənin xidməti pasport sahibi və ya diplomat olduğu üçün onunla bağlı XİN-ə müraciət edilməsini bilməyiblər.

 Səfirin sözlərinə görə, İranın Azərbaycan XİN-ə göndərdiyi nota Dövlət Miqrasiya Xidmətinin (Bu Xidmətin rəisi, general Firudun Nəbiyevdir- redak.) Xidmətinin əməkdaşlarının diplomata qarşı hərəkətlərinə görədir.

Qeyd edək ki, Ə.Əhmədzadə qeydiyyat müddətinin bitməsi səbəbindən noyabrın 19-da Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar və nazirliyin səyləri nəticəsində Ə.Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib.

İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxsi Əhməd Əhmədzadə Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb.

AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA