Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

GÜNDƏM

28.11.2020, 10:59

“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”, - o əlavə edib./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR