Ərdoğan Putinlə axşamkı telefon danışığından söz açdı: "İndi hamı Dağlıq Qarabağla prosesə dəstək verməlidir" 

img

25-11-2020 [13:25]


“Suriyadan Liviyaya, Aralıq dənizindən Dağlıq Qarabağa qədər apardığımız haqq, azadlıq və ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır: "İndi hamı Dağlıq Qarabağla prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır".

Ərdoğan deyib ki, Türkiyənin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb: "Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur. Dünən axşam Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, Putinlə apardığımız bu danışıqla birgə, xüsusilə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq. Bunun daha da genişləndirmə, inkişaf etdirmə şansımız var. Bu genişləndirmə və inkişaf etdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR