Əfqanıstanın Azərbaycandakı səfiri: "Azərbaycan xalqını və ordusunu təbrik edirik!"

img

20-11-2020 [16:53]


Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə təbrik edib.

Mia.az Report-a istinadla xəbər verir ki, diplomat bunu tarixi an kimi qiymətləndirib.

"Ağdam şəhəri 28 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir. Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, rayon, şəhər, qəsəbə və kəndlərin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!", - səfir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA