Ukrayna klubunda sağlam qapıçı qalmadı - Premyer Liqa matçı təxirə salındı

img

19-11-2020 [18:39]


Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.

Ukrayna Premyer Liqasının rəsmi saytı xəbər verir ki, səbəb meydan sahiblərində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

"Olimpik"də oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb. Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.

Qeyd edək ki, "Olimpik" - "Zarya" matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR