“Mançester Siti” ilə Pep Qvardiola yeni müqavilə barədə razılılaşıb

img

19-11-2020 [16:40]


İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə barədə razılıq əldə edib.

Məlumata görə, Premyer Liqa təmsilçisinin bir müddət əvvəl mütəxəssisə təqdim etdiyi şərtləri ailəsi ilə müzakirə edən ispaniyalı çalışdırıcı anlaşmanı imzalamağa razılıq verib.

Qvardiolanın hazırkı müqaviləsi 2021-ci ildə başa çatacaq. Mançester klubunda 5-ci mövsümünü keçirən Qvardiola 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun, 3 dəfə Liqa kubokun qalibi olub/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR