"Nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcəyik" - Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı

img

19-11-2020 [16:26]


Avropa İttifaqı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın arasında noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasının ardından Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Bu barədə Aİ-nin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Aİ tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsə ciddi şəkildə əməl etməyə davam etməyə çağırır. Aİ atəşkəsin müddəalarının yerinə yetirilməsini, xüsusən də nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcək.

Aİ bir daha ATƏT-in Minsk qrupunun beynəlxalq formatını tam şəkildə dəstəklədiyini bildirir və sabitləşmə, münaqişədən sonrakı bərpa və etimadın artırılması tədbirlərinə dəstək verərək münaqişənin davamlı və hərtərəfli həllinin formalaşmasına effektiv töhfə verməyə hazırdır”, - bəyanatda qeyd olunub/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA