BAXCP Azərbaycan və Türkiyə hökumətlərinə çağırış etdi

img

25-11-2013 [13:00]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. 

BAXCP İdarə Heyətinin müzakirəyə çıxardığı əsas məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvan Muxtar Respublikasına yük daşınmaları ilə əlaqədar yaranmış problemlə bağlı olub.

Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın zamanlarda mümkün olmadığı qənaətinə gələn BAXCP İdarə heyəti Azərbaycan hökumətini muxtar respublikaının düşdüyü blokada vəziyyətini yumşaltmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. BAXCP İdarə Heyətinin bununla bağlı qəbul etdiyi bəyanatda deyilir: "Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı niyyət protokolu imzalanmasına baxmayaraq, təəssüf ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və bölgənin inkişafı baxımından həyati əhəmiyyət kəsb edən bu layihənin gerçəkləşdirilməsi istiqamətində heç bir addım atılmayıb. BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan və qardaş Türkiyənin hökumətləri Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün tez bir zamanda fəaliyyətə başlamalı, bu layihənin qısa bir zaman kəsiyində gerçəkləşdirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə etməlidirlər"(musavat.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA