Lavrov həmsədrlərlə görüşdü - Qarabağla bağlı nələr müzakirə olunub?

img

18-11-2020 [21:42]


Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Stefan Viskontini (Fransa), Endryu Şoferi (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

“Məsləhətləşmələr zamanı 9 noyabrda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA