"Zirə" klubunun futbolçusu koronavirusa yoluxub

img

17-11-2020 [16:49]


"Zirə" klubunun mozambikli futbolçusu Klesio Bauk koronavirusa yoluxub.

Məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin testi millinin düşərgəsində olarkən müsbət olub.

Onunla birlikdə daha 7 oyunçu, bir texniki heyət üzvü və yığmanın həkimində infeksiya aşkarlanıb. Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

Qeyd edək ki, Mozambik yığması noyabrın 16-da Afrika Millətlər Kubokunda evdə Kameruna 0:2 hesabı ilə uduzub. Bauk və virus aşkarlanan digər futbolçular qarşılaşmada iştirak etməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR