"Sivasspor"un futbolçusu koronavirusa yoluxub

img

17-11-2020 [11:59]


Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"unun futbolçusu koronavirusa yoluxub.

Report Superliqa təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, oyunçu evdə karantinə alınıb. Adı açıqlanmayan şəxsin müalicəsinə başlanılıb.

Noyabrın 13-də "Sivasspor"un iki futbolçusunda koronavirus aşkarlanıb.

Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR