YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd edilib

img

23-11-2013 [14:35]


Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, parlamentdəki müxalifət partiyalarından olan və bitərəf deputatlar, eləcə də qonaqlar iştirak edib.

Çıxış edən YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, YAP-ın yaradılması ötən əsrin 90-cı illərinin əvvəlində partiyalaşma dövründə baş verən sıradan bir hadisə olmayıb. O qeyd edib ki, YAP yeni baxışlar sisteminin cəmiyyətə təqdim olunması demək idi: "YAP-ın yaradılması Heydər Əliyev şəxsiyyətində əks olunan gücün cəmiyyətə transferi idi. YAP-ın başlıca missiyası Heydər Əliyev ideyalarının cəmiyyətə ötürülməsidir və partiya bu missiyanı ləyaqətlə yerinə yetirir. YAP taleyinə uğurlar yazılmış təşkilatdır, uğurlu nailiyyətlər partiyanı daim müşahidə edib. Partiyanın əldə etdiyi nailiyyətlər Azərbaycanın uğurlarını özündə əks etdirən nailiyyətlərdir. YAP-ın sədri İlham Əliyevin son prezident seçkilərində inamlı qələbəsi də Heydər Əliyev ideyalarının dərin ifadəsi deməkdir. Hələ uzun illər Heydər Əliyev ideyalarının Azərbaycanda uğurlu davamını görəcəyik. Partiyanın missiyası da budur - inkişaf, Azərbaycanın qazandığı uğurlar, xalqın rifahı və sair. Bu yol Heydər Əliyev yoludur”.

YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə çıxışında partiyanın keçdiyi yoldan, Heydər Əliyev irsinin təntənəsindən və partiya sədri İlham Əliyev tərəfindən bu irsin layiqincə davam etməsindən danışıb. O, YAP-ı Azərbaycanın gələcəyi adlandırıb.

Tədbir bədii hissə ilə davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA