Ukrayna millisində koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatıb

img

16-11-2020 [14:23]


Ukrayna millisində koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatıb.

Federasiyanın rəsmi saytı xəbər verir ki, son analizlərdən sonra daha 3 futbolçuda infeksiya aşkarlanıb.

Bu səbəbdən qapıçı Dmitri Riznık, müdafiəçilər Eduard Sobol və Yevgeni Makarenko yığmadan kənarlaşıdırlıblar. Onlar UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrə ilə noyabrın 17-də keçiriləcək oyunu buraxacaqlar.

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində Andrey Yarmolenko, Viktor Tsıqankov, Viktor Kovalenko və Sergey Sidorçukun test nəticəsi müsbət çıxıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR