Oqtay Əsədovla Siyavuş Novruzov İran sərhədindəki gərginlikdən danışdılar

img

22-11-2013 [13:40]


"İran tərəfinin Naxçıvanla olan sərhədləri bağlaması blokada şəraitində olan muxtar respublikada çoxlu problemlər yaradıb". 

Bunu Milli Məclisin bugünkü iclasında YAP-çı deputat  Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan XİN-i ciddi addımlar atmalıdır: "İranın beynəlxalq normaları pozur. İran tərəfinin gündə bir qanun qoyması Naxçıvanda yaşayan soydaşlarımızın vəziyyətini ağırlaşdırıb".

Milli Məclisin sədri Oqtay Əsədov artıq İranla sərhədlərin açıldığını və yalnız ağırtonnajlı maşınların sərhəddə problemlə üzləşəcəyini deyib: "Bu istiqamətdə danışıqlar gedir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA