Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək

img

13-11-2020 [11:15]


Fransa PSJ-sinin futbolçusu Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək.

Məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Türkiyə "Başakşehir"i ilə matçında (2:0) bud əzələsi zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.

Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR