AVRO-2020: Şimali Makedoniya yığması tarixi nailiyyətə imza atıb

img

12-11-2020 [23:37]


AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib.

Məlumata görə, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçirilmiş qarşılaşmada yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub.

Bununla da Şimali Makedoniya yığması tarixi nailiyyətə imza atıb və AVRO-2020-yə vəsiqə qazanan 29-cu ölkə olub. Bu komanda Avstriya, Niderland və Ukrayna ilə birgə C qrupunda mübarizə aparacaq. Püşkə əsasən, qrup oyunları Rumıniyanın paytaxtı Buxarest və Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.

Qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR