Türkiyənin futbol klubunda koronavirusa yoluxanların sayı artıb

img

12-11-2020 [12:43]


Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.

Məlumata görə, bölgə təmsilçisində 5 oyunçu, 1 məşqçisi və klubun 3 işçisinin testi müsbət nəticələnib.

Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.

Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR