"Denizlispor" Robert Prosineçki ilə yollarını ayırır

img

10-11-2020 [17:39]


Türkiyənin "Denizlispor" klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırır.

Məlumata görə, hazırda müqaviləyə xitam verilməsi üçün tərəflər arasında danışıqlar gedir.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2014 - 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində "Denizlispor"a baş məşqçi təyin olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR